“Bavariya” çətinliklə qalib gəldi - Video

bavariya-cetinlikle-qalib-geldi
Oxunma sayı: 1555

Almaniya Bundesliqasında 22-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu mövsüm qeyri-stabil çıxış edən “Bavariya” turun açılış matçında səfərdə “Auqsburq”la qarşılaşıb.

Münhen təmsilçisi iki dəfə hesabda geriyə düşdüyü görüşdən çətinliklə də olsa 3:2 hesablı qələbə ilə ayrılıb.

“Bavariya” bu qələbədən sonra xalını 48-ə çatdırıb və bir oyun az keçirən lider “Borussiya Dortmund”la xal fərqini 2-yə endirib.

“Auqsburq” - “Bavariya” - 2:3

Qoretska, 1 (avtoqol); Donq-Von, 23 - Koman, 17; 45+3; Alaba, 53