“Bavariya” qələbə qazandı, “Barselona” isə heç-heçə etdi

bavariya-qelebe-qazandi-barselona-ise-hec-hece-etdi
Oxunma sayı: 666

“Qafqazinfo” xəbər verir ki, “Bavariya” öz meydanında “Yuventus”u 2-0 hesabı ilə məğlub edib, “PSJ” isə “Barselona” ya 2-2 –lik heç-heçə edib. Alman təmsilçisi güclü rəqibi qarşısında David Alabanın vurduğu erkən qolla önə keçib. Tomas Müllerin vurduğu qol isə “Bavariya”nın yarım final şanslarını daha da artırıb.

“PSJ” “Barselona” görüşü isə olduqca gərgin keçib. Messi “Barsa”nı 38-ci dəqiqədə hesabda irəli çıxarıb. Lakin Zlatan İbrahimoviç 79-cu dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 89-cu dəqiqəsində hakim fransızların qapısına penalti təyin edib Xavi hədəfdən yayınmayıb. Bu da görüşdə son qol olmayıb. Oyunun əsas vaxtına artırılan son saniyələrdə Matiyuydi hesabı 2-2 edib.

İqbal