“Bavariya” tilsimi qırdı

bavariya-tilsimi-qirdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi məlumata görə, son illərin barışmaz rəqibləri “Bavariya” ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Dortmundlular son mövsümdə həm bundesliqanın, həm ölkə kubokunun qalibi olduğundan, kubokun finalçısı “Bavariya” superkubok matçında iştirak etmək hüququ qazanıb.

Münhenlilər oyunun taleyini 11 dəqiqəyə həll edib. 6-cı dəqiqədə “qırmızılar”ın yeni transferi Mario Mandzukiç hesabı açıb. 5 dəqiqə sonra Müller fərqi artırıb. 75-ci dəqiqədə Levandovskinin vurduğu qol nəticəyə təsir etməyib. Beləliklə, “Bavariya” tarixində 5-ci dəfə ölkə superkubokunun qalibi olub.

Bu qələbə ilə “Bavariya” həm də “Borussiya D” tilsimini qırıb. Yupp Haynkesin yetirmələri bu rəqiblə son 5 oyunun hamısında məğlub olmuşdu.

Almaniya superkuboku
"Bavariya" - "Borussiya" (Dortmund) - 2:1
Qollar: Mandzukiç, 6 (1:0), Müller, 11 (2:0), Levandovski, 75 (2:1)

Ceyhun Əhmədov