“Bavariya” və “Beşiktaş” qələbə ilə başladı - Video

bavariya-ve-besiktas-qelebe-ile-basladi
Oxunma sayı: 1846

Almaniya və Türkiyə çempionatlarında ikinci dövrəyə start verilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniya Bundesliqasında 18-ci turun ilk matçında “Bavariya” səfərdə “Hoffenhaym”la qarşılaşıb.

İkinci pillədəki “Bavariya” rəqibini 3:1 hesabı ilə məğlub edərək mövqeyini gücləndirib. Hazırda Münhen təmsilçisi ilə 1 oyun az keçirən lider “Borussiya” (Dortmund) arasında 3 xal fərq var.

Türkiyə Superliqasında da 18-ci tura start verilib. “Beşiktaş” də “Bavariya” kimi səfər matçından 3:1 hesablı qələbə ilə ayrılıb. İstanbul təmsilçisi “Akhisarspor”u məğlub edərək 6-cı pilləyə yüksəlib.

"Hoffenhaym" - "Bavariya" – 1:3

Qollar: Niko Şults, 59 - Leon Qoretska, 34, 45, Robert Levandovski, 87

"Akhisarspor" - "Beşiktaş" - 1:3

Qollar: Dorukhan Tokoz, 23 (0:1), Gökhan Gönül, 48 (0:2), Kayl Larin, 76 (0:3), Sokol Çikalleşi, 80 (1:3)