“Bavariya” və “İnter”ə “soyuq duş”

bavariya-ve-intere-soyuq-dus
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, son oyun günündə baş tutan 2 qarşılaşma aşağı məhsuldarlıqla yadda qalıb. Hər iki görüşdə azarkeşlər 1 qolun şahidi olub ki, bu da son dəqiqələrə təsadüf edib.

Pley-offun sürpriz komandası “Bazel” inamlı çıxışını davam etdirib. İsveçrəlilər evdə “Bavariya”nı Stokerin 86-cı dəqiqədə vurduğu yeganə qolla məğlub edib. Günün digər qarşılaşmasında Marsel “Olimpik”i “İnter”lə üz-üzə gəlib. Oyuna əlavə ediımiş 3-cü dəqiqədə fransızların əsas qol silahlarından biri Ayyu fərqlənərək komandasına vacib qələbə qazandırıb. Milan təmsilçisi isə ardıcıl 4-cü oyunda məğlub olmaqla qələbəsiz oyunlar seriyasını 7 matça çatdırıb.

Avropa Liqasında isə 1/8 final mərhəsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. İlk oyunda “Portu”ya 2:1 hesabı ilə qalib gələn “Mançester Siti” bu dəfə rəqibini darmadağın edib – 4:0.

22 fevral

"Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya) - 1:0
Qol: Stoker, 86 (1:0)
"Marsel" (Fransa) - "İnter" (İtaliya) - 1:0
Qol: Ayyu, 90+3 (1:0)

"Mançester Siti" (İngiltərə) - "Portu" (Portuqaliya) - 4:0 (ilk oyun - 2:1)
Qollar: S.Aqüero, 1 (1:0), E.Dzeko, 76 (2:0), D.Silva, 84 (3:0), D.Pizarro, 86 (4:0)
Qırmızı vərəqə: Rolando, 77 ("Portu")

Ceyhun Əhmədov