“Bavariya” yenə “Borussiya” ilə bacarmadı

bavariya-yene-borussiya-ile-bacarmadi
Oxunma sayı: 632

“Qafqazinfo”nun verdiyi xəbərə görə, açılış matçında Münhenqladbax “Borussiya”sı “Bavariya”nı qəbul edib. Oyunun əvvəlində ev sahibləri gözlənilmədən hesabı açıb. Qapıçı Noyerin kobud səhvi münhenlilərə baha başa gəlib. İlk hissənin sonlarında Filip Lamın nəzarətsiz qoyduğu Hermann hesabı 2:0-a çatdırıb. 72-ci dəqiqədə Hermann yenə müdafiə xəttindəki boşluqdan yararlanaraq dublunu rəsmiləşdirib. “Bavariya” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. 76-cı dəqiqədə Şvaynştayger oyunun hesabını müəyyənləşdirib – 3:1.

Bu nəticədən sonra “Borussiya M” ikinci pilləyə yüksəlib. Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

"Borussiya" (Münhenqladbax) - "Bavariya" - 3:1
Qollar: Reus, 11 (1:0), Hermann, 41 (2:0), 72 (3:0), Şvanştayger, 76 (3:1)

21 yanvar
"Volfsburq" - "Köln"
"Nürnberq" - "Herta" (Berlin)
"Hoffenhaym" - "Hannover"
"Şalke" - "Ştuttqart"
"Frayburq" - "Augsburq"
"Kayzerslautern" - "Verder" (Bremen)

22 yanvar
"Hamburq" - "Borussiya" (Dortmund)
"Bayer" (Leverkuzen) - "Mainz"

Ceyhun Əhmədov