“Bavariya”dan bir matçda 20 qol - Tarixi qələbə + Video

bavariyadan-bir-matcda-20-qol
Oxunma sayı: 7254

“Bavariya” yoldaşlıq matçında həvəskar liqa təmsilçisi “Rottax-Eqern”lə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Münhen təmsilçisi zəif rəqibini 20:2 hesablı tarixi nəticə ilə darmadağın edib.

“Bavariya”nın heyətində Kinqsli Koman, Levandovski, Vaqner və Franzke het-trik edib. Tomas Müller, Xames isə dubla imza atıb. Tiaqo Alkantara, Rudi, Riberi və Kimmix də hərəyə 1 dəfə fərqlənməyi bacarıblar.