“Bavariya”dan ilk xal itkisi, “İnter”dən qələbə - Video

bavariyadan-ilk-xal-itkisi-interden-qelebe
Oxunma sayı: 2043

Almaniya Bundesliqasında 5, İtaliya A Seriyasında isə 6-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Almaniyada lider “Bavariya” bu mövsüm ilk dəfə xal itkisi ilə üzləşib.

Öz meydanında “Auqsburq”la qarşılaşan Münhen təmsilçisi 1:1 bərabərə qalıb.

“Bavariya” - “Auqsburq” - 1:1

Qollar: Robben, 48 (1:0),  Feliks Qötse, 86 (1:1)

İtaliyada isə “İnter” güclü rəqibi “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib. “İnter” bu qələbə ilə xalını 10-a yüksəldib və 3-cü pillədəki “Fiorentina”ya çatıb.

“İnter” - “Fiorentina” - 2:1

Qollar: İkardi, 45 (1:0, pen), Çyesa, 53 (1:1), D'Ambrosio, 77 (2:1)