“Bavariya”nın bir ayağı yarımfinalda

bavariyanin-bir-ayagi-yarimfinalda
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Milan” evdə “Barselona” ilə qarşılaşıb. Oyunboyu tərəflər fərqlənmək üçün bir neçə imkanı boşa verib. Nəticədə matç qolsuz başa çatıb. Bu nəticəni evdə qol buraxmayan “Milan” üçün daha sərfəli saymaq olar. Belə ki, cavab görüşündə istənilən qollu heç-heçə “rossonyerlər”i yarımfinala daşıyacaq.
“Bavariya” isə Fransada “Marsel”in qonağı olub. Almanlar Qomez və Robbenin qolları ilə səfərdən 2 top fərqli qələbə ilə qayıdıblar.
Cavab görüşləri gələn həftə keçiriləcək.

"Milan" (İtaliya) – "Barselona" (İspaniya) - 0:0

"Marsel" (Fransa) - "Bavariya" (Almaniya) - 0:2
Qollar: Qomez, 44 (0:1), Robben, 70 (0:2)

Ceyhun Əhmədov