“Bavariya”nın keçmiş futbolçusuna 1 illik cəza

bavariyanin-kecmis-futbolcusuna-1-illik-ceza
Oxunma sayı: 924

2004-2006-cı illərdə “Bavariya” forması geyinmiş perulu Paolo Gerrero narkotik maddə istifadə etdiyi üçün FİFA tərəfindən cəzalandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu 1 il müddətinə futboldan uzaqlaşdırılıb.

O, Rusiyada keçiriləcək dünya çempionatında da komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Gerrero “Bavariya” ilə yanaşı “Hamburq”, “Korintians” və son olaraq “Flamenqo”da çıxış edib.