“Bavariya”nın prezidenti Özili tənqid etdi

bavariyanin-prezidenti-ozili-tenqid-etdi
Oxunma sayı: 3828

Məsut Özilin Almaniya millisindən getməyi gündəmi zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, "Bavariya"nın prezidenti Uli Hönes Özilin millidən getməsinin Almaniyaya faydalı olacağını deyib: "Nəhayət, kabus sona çatdı. Məsut sonuncu dəfə DÇ-2014-dən öncə ikili mübarizədən qalib ayrılıb. O, illərdir ki, bərbad oynayır. İndi isə özünü və pis oyununu paylaşdığı fotoda gizlədir. Özil sadəcə, San Marinoya qarşı parlayan ulduzdur. Onun yoxluğunda milli daha yaxşı olacaq".

Qeyd edək ki, 29 yaşlı Türkiyə əsilli futbolçu irqçiliyə və çoxsaylı tənqidlərə görə millidən gedib.