Avro 2012-dəki komandaların formaları zəhərli imiş

avro-2012-deki-komandalarin-formalari-zeherli-imis
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, təşkilat Avro 2012-nin iştirakçılarından bəzilərinin formalarında zəhərli kimyəvi maddələr olduğunu açıqlayıb.

BEUC bu səbəbdən futbol azarkeşlərinə xəbərdarlıq edib. Verilən hesabatda bildirilib ki, İspaniya, Almaniya, Ukrayna, Rusiya, Fransa və İtaliya millilərinin formalarının boyasında qurğuşun, Hollandiya və Portuqaliya yığmalarının formasında nikelin miqdarı normadan artıqdır. Ev sahibi Polşa yığma komandasının formasında isə tər iyinin qarşısını almaq üçün istifadə olunan orqantin maddəsinin həddən artıq olduğu qeyd edilib.

Ceyhun Əhmədov