Avro 2012: Kim nə qədər qazanıb? - Siyahı

avro-2012-kim-ne-qeder-qazanib-siyahi
Oxunma sayı: 657

“Qafqazinfo”nun verdiyi xəbərə görə, UEFA 16 komandaya ümumilikdə 196 milyon avro mükafat ayırıb.

AÇ 2008-də isə mükafat fondu 184 milyon avro idi.
Çempion İspaniya yığması 23 milyon avro əldə edib. Finalda məğlub olan İtaliya millisi isə 19.5 milyon avro ilə təsəlli tapıb. Ümumiyyətlə, Avro 2012-nin 16 iştirakçısının gəliri aşağıdakı kimi olub:

1. İspaniya 23 milyon avro
2. İtaliya 19.5 mln
3. Almaniya 16 mln
4. Portuqaliya 15 mln
5. İngiltərə 12.5 mln
6. Çexiya 12 mln
7. Fransa 11.5 mln
8. Yunanıstan 11.5 mln
9. Rusiya 10.5 mln
10. Xorvatiya 10.5 mln
11. Danimarka 10 mın
12. Ukrayna 10 mln
13. İsveç 9 mln
14. Polşa 9 mln
15. Hollandiya 8 mln
16. İrlandiya 8 mln


UEFA mükafatlandırma reqlamentini aşağıdakı kimi müəyyənləşdirib:

Avro 2012-də iştirak – 8 milyon avro
Qrup mərhələsində hər qələbəyə görə - 1 milyon avro
Qrup mərhələsində hər heç-heçəyə görə - 500 min avro
Qrup üçünçüsü - 1 milyon avro
1/4 finala vəsiqə - 2 milyon avro
Yarımfinala vəsiqə - 3 milyon avro
İkinci yerin sahibi - 4.5 milyon avro
Çempion - 7.5 milyon avro

Ceyhun Əhmədov