Avro 2012-nin nəhəngləri və “cırtdan”ları – Maraqlıdır

avro-2012-nin-nehengleri-ve-cirtdanlari-maraqlidir
Oxunma sayı: 679

“Qafqazinfo” oxuculara qitə birinciliyindəki futbolçuların boy göstəriciləri haqda məlumatı təqdim edir.

Çempionatın ən ucaboy futbolçusu İsveç yığmasının qolkiperi Andreas İsakssondur. Hollandiyanın PSV klubunun şərəfini qoruyan 30 yaşlı qapıçı 199 sm boya malikdir. Ümumilikdə ən ucaboy 10 futbolçudan 8-nin “çərçivə qoruyucusu” olması diqqət çəkir.

1. Andreas İsaksson (İsveç) 199 sm
2. Per Mertezaker (Almaniya) 198 sm
3. Petr Çex (Çexiya) 197 sm

Ən bəstəboy futbolçu isə Sebastyan Covinkodur. İtaliya yığmasının və “Parma”nın forvardının boyu 164 sm-dir. Ümumiyyətlə, turnirin ən kiçik boylu futbolçuları arasında yarımmüdafiəçilər və hücumçular üstünlük təşkil edir.

1. Sebastyan Covinko (İtaliya) 164 sm
2. Giannis Fetfatzidis (Yunanıstan) 165 sm
3. Jermeyn Defo (İngiltərə) 167 sm

Ən ucaboy yığmalar isə Almaniya, İsveç və Xorvatiyadır. Bu komandaların orta boy göstəricisi 185 sm-dir. Bu göstəriciyə görə turnirin “zəif”ləri İspaniya və Fransa milliləridir – 180 sm.

Avro 2012-də iştirak edəcək 368 futbolçunun orta boy göstəricisi 182 sm-dir. Mövqelər üzrə göstərici aşağıdakı kimidir:

Qapıçılar – 190 sm
Müdafiəçilər – 184 sm
Yarımmüdafiəçilər – 179 sm
Hücumçular – 182 sm

16 komandanın ən ucaboy və ən bəstəboy futbolçuları:
Polşa
Qreqorz Sandemirski 196 sm
Maçiej Ribus 172 sm

Yunanıstan
Kostas Çalkias 196 sm
Giannis Fetfatzidis 165 sm

Rusiya
Anton Şunin 191 sm
İqor Semşov 170 sm

Çexiya
Petr Çex 197 sm
Vladimir Darida 170 sm

Hollandiya
Marten Stekelenburq 194 sm
Uesli Sneyder 170 sm

Danimarka
Daniel Aqqer 190 sm
Mixael Kron-Dehli 170 sm

Almaniya
Per Mertezaker 198 sm
Filip Lam 170 sm

Portuqaliya
Üqo Almeyda 191 sm
Joao Moutinyo 170 sm

İspaniya
Fernando Lloryente 195 sm
Santi Kasorla 168 sm

İtaliya
Cianluici Buffon 192 sm
Sebastyan Covinko 164 sm

İrlandiya
Con O’Şi 190 sm
Damyen Daff 175 sm

Xorvatiya
İvan Kelava 196 sm
Luka Modriç 171 sm

Ukrayna
Yevhen Kaçeridi 197 sm
Aleksandr Əliyev 173 sm

İsveç
Andreas İsaksson 199 sm
Marten Olsson 170 sm

Fransa
Olivye Jiru 192 sm
Matyu Valbuena 167 sm

İngiltərə
Co Hart 196 sm
Jermeyn Defo 167 sm

Ceyhun Əhmədov