Avropa Birliyindən Vasif Talıbova sanksiya

avropa-birliyinden-vasif-talibova-sanksiya
Oxunma sayı: 668




Avropa Birliyi Naxçıvan Muxtar Respublikasının 4 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edəcək. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı qurumda müzakirələrin aparıldığı bildirilir. AB-nin Ali Məclisin sədri Vasif Talıbov, onun qardaşı Naxçıvan merinin müavini Məhərrəm Talıbov, Muxtar Respublikanın milli təhlükəsizlik naziri Vəli Məmmədov və daxili işlər naziri Əhməd Əhmədova qarşı sanksiya tətbiq edəcəyi qeyd olunur. Qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. Məlumatda bildirilir ki, sanksiyada adıçəkilən şəxslərin AB ölkələrinə girişi qadağan olunacaq.

AB-nin belə bir qərar qəbul etməsinə səbəb kimi isə Naxçıvanın 300-ə qədər ziyalısının ötən ay keçirdikləri toplantının nəticəsi olaraq etdiyi müraciət göstərilir.