Avropa çempionatı Azərbaycanda keçiriləcək

avropa-cempionati-azerbaycanda-kecirilecek
Oxunma sayı: 663

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) baş katibi Elxan Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, UEFA-nın İstanbulda keçirilən İcraiyyə Komitəsinin iclasında 2016-cı ildə 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Məmmədov bildirib ki, Azərbaycan çempionatın ölkəmizdə keçirilməsi üçün son 4-5 ayda iş aparırdı.

"Çempionatın keçirilməsi üçün Azərbaycan UEFA-ya müraciət etmişdi. Bu gün UEFA-nın İcraiyyə Komitəsində müsbət qərarın qəbul edilməsi Azərbaycanın uğurudur" Məmmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan 17 yaşlı qızlar arasında 2012-ci il dünya çempionatına da ev sahibliyi edəcək.