Avropa Çempionatı FİFA reytinqinə necə təsir edib? – Reytinq

avropa-cempionati-fifa-reytinqine-nece-tesir-edib-reytinq
Oxunma sayı: 651

“Qafqazinfo”nun verdiyi məlumata görə, ötən ay keçirilən Avropa Çempionatı və yığmaların rəsmi yoldaşlıq görüşləri cədvəldə dəyişikliklər yaradıb.
Avropa çempionu İspaniya yığması ilk pillədə yerini möhkəmlədib. Yarımfinala qədər irəliləyən Almaniya yığması 2-ci pilləyə yüksəlib. Digər yarımfinalçı Portuqaliya 5 pillə irəliləyərək 5-ci, finala çıxmaqla bir çoxlarını təəccübləndirən italyanlar isə 6 pillə irəliləyərək 6-cı sıraya qalxıb. AÇ-də fiaskoya uğrayan Hollandiya isə 4 pillə geriləyib.

1. İspaniya 1691
2. Almaniya 1502
3. Uruqvay 1297
4. İngiltərə 1294
5. Portuqaliya 1213
6. İtaliya 1192
7. Argentina 1095
8. Hollandiya 1079
9. Xorvatiya 1050
10. Danimarka 1017

Avropa Çempionatının iştirakçıları arasında ən böyük irəliləyişi Çexiya yığması edib. Çexlər 9 pillə irəliləyib. Hər 3 oyunda məğlub olan İrlandiya isə 8 pillər geriləməklə ən pis göstəriciyə imza atıb.

1. İspaniya 0
2. Almaniya +1
4. İngiltərə +2
5. Portuqaliya +5
6. İtaliya +6
8. Hollandiya -4
9. Xorvatiya -1
10. Danimarka -1
12. Yunanıstan 3
13. Rusiya 0
14. Fransa 0
17. İsveç 0
18. Çexiya +9
26. İrlandiya -8
46. Ukrayna +6
54. Polşa +8

Azərbaycan yığması isə 4 pillə irəliləyərək 108-ci sıraya qalxıb.

Ceyhun Əhmədov