Avropa çempionundan azərbaycanlı iş adamına 2 milyonluq hədə

avropa-cempionundan-azerbaycanli-is-adamina-2-milyonluq-hede
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, iş adamından 2 milyon dollar tələb edən FTB-nin iki əməkdaşı ona üçüncü dəfə silahla hədə qorxu gəlməyə çalışarkən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Fırıldaqçılıqda ittiham olunan zabitlər cəmi iki nəfər olduqlarını desələr də R.Rzayev aralarında döyüş sambosu üzrə Avropa çempionu Əhməd Musayevin də olduğunu bildirir.

Azərbaycanlı iş adamının sözlərinə görə, heç kimə 2 milyon dollar məbləğində borcu yoxdur.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Əhməd Musayev isə bütün iddia olunanları təkzib edib.