Avropa Gənclər Forumunun qrup üzvləri Bakıda toplanıb

avropa-gencler-forumunun-qrup-uzvleri-bakida-toplanib
Oxunma sayı: 671

Forumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş “Egoist” otelində keçirilir. Görüşdə 10 ölkədən 13 nümayəndə iştirak edir. Litva, Almaniya, Finlandiya, Hollandiya, Moldova, Azərbaycan, Belçika, Belorusiya, Polşa və Rusiyadan olan nümayəndələr Şərqi Avropa və Qafqaz ölkələrində fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı layihələr mövzusunda müzakirələr aparır. Əsas məqsədlərdən biri də müxtəlif ölkələrin gənclərinin bir araya toplanması və öz ölkələrindəki təcrübənin mübadiləsini aparmaqdır.

Qeyd edək ki, Avropa Gənclər Forumunun tam hüquqlu üzvü olan ARGTMŞ Forumla ikitərəfli əməkdaşlıq edir və müxtəlif layihələr həyata keçirir.