Avropa İttifaqı Azərbaycana yenidən çağiriş etdi

avropa-ittifaqi-azerbaycana-yeniden-cagiris-etdi
Oxunma sayı: 654

“Turan”ın məlumatına görə, sənədin Azərbaycana aid bölümündə Avropa İttifaqına assosiativ üzvlük barədə danışıqlarda irəliləyişə nail olunması çağırışları yer alır.

Avropa İttifaqı demokratik islahatlarda irəliləyişə nail olunmasının, qanun aliliyinin, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşılmasının, xüsusilə fikir və toplaşmaq azadlığının vacibliyini qeyd edib.

Sənəddə bildirilir ki, qurum bu istiqamətdə gələcək səyləri mühüm hesab edir və 2013-cü ilin prezident seçkisi ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir.

Avropa İttifaqı Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırıb.