Avropa kubokunda Azərbaycan finalı

avropa-kubokunda-azerbaycan-finali
Oxunma sayı: 656

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan təmsilçiləri ilk oyunda olduğu kimi cavab görüşündə də inamlı qələbə qazanıblar. “Bakı” Almaniyanın “Zühl” klubuna, “Lokomotiv” isə Belçikanın “Gent” komandasına heç bir şans tanımayıb.

Beləliklə, final görüşündə iki Azərbaycan klubu – “Bakı” və “Lokomotiv” qarşılaşacaq. İlk oyun martın 27 və ya 28-də, cavab görüşü isə 4 gün sonra keçiriləcək.

Qeyd edək ki, “Çelenc Kap” turnirinin final görüşündə ötən mövsüm də Azərbaycan klubları üz-üzə gəlmişdi. Həmin matçda “Azərreyl” “Lokomotiv”i üstələmişdi.

“Bakı” (Azərbaycan) – “Zuhl” (Almaniya) - 3:0 (25:12, 25:22, 25:17)
Hakimlər: Aleksey Skibitski (Ukrayna), Oqnian Tankişev (Bolqarıstan)
İlk oyun: “Zuhl” (Almaniya) – “Bakı” (Azərbaycan) - 0:3 (24:26, 19:25, 17:25)

“Lokomotiv (Azərbaycan) – “Gent” (Belçika) - 3:0 (25:17, 25:22, 25:18)
Hakimlər: Sinisa İsayloviç (Avstriya), Monika Ujnazi (Macaristan)
İlk oyun: “Gent” (Belçika) – “Lokomotiv (Azərbaycan) - 0:3 (25:27, 24:26, 21:25)


Ceyhun Əhmədov