Avropa Məhkəməsi hökuməti cərimələdi

avropa-mehkemesi-hokumeti-cerimeledi
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, Avropa Məhkəməsinin rəsmi saytında yerləşdirilmiş informasiyada 2002-ci ildə Dubrovka teatr mərkəzində baş verən hadisələrdə güc strukrurlarının əməkdaşlarının hərəkətləri pozuntu kimi qiymətəndirilib. Avropa Məhkəməsi hadisədə zərər çəkənlərin Rusiya hökumətindən 9-66 min avro vəsait alması barədə qərar çıxarıb.

Məhkəmə qərara alıb ki, Rusiya hakimiyyət orqanları insan hüquqları və əsas azadlıqlar barədə Avropa Knvensiyasının 2-ci maddəsini pozub. Avropa Məhkəməsinin qənaətinə görə, Rusiya rəhbərliyi girovların azad edilməsilə bağlı xilasetmə əməliyyatını lazım olmayan şəkildə aparıb. “Güc strukturlarının işini yarıtmaz təşkil etməsi girovlar arasında yaralılar və həlak olanların sayının çox olmasına gətirib çıxarıb”, - sənəddə qeyd olunur.

Dubrovka teatr mərkəzində insanların girov götürülməsi 2002-ci ilin oktyabrın 23-də baş vermişdi. “Nord-Ost” müzuklinin nümayişi zamanı zalda 900-dən çox adam olub. Terrorçular girovları binanın içərisində 3 gün saxlamışdılar. Xüsusi təynatlı dəstənin hücumu zamanı oktyabrın 26-da terrorçular məhv edilmiş, həmçinin 10-u uşaq olmaqla 130 nəfər ölmüşdü.

Əsas versiyaya görə, girovların həlakına hansısa zəhərli qazın güc strukturları tərəfindən istifadəsi səbəb olub. Bu zəhərli qazın tərkibi indiyədək gizli saxlanılır.

Zərərçəkənlərin və həlak olanların yaxınlarının şikayəti Strasburq məhkəməsində 2007-ci ilin aprelində qəbul olunmuşdu.