Avropa ölkələri müharibəyə hazrlaşır

avropa-olkeleri-muharibeye-hazrlasir
Oxunma sayı: 686

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu ssenaridə başda Yunanıstan olmaqla Avroməkanda yaşanan maliyyə böhranını həll edə bilməyən Avropa ölkələrinin 2018-ci ildə dünya müharibəsinə girişəcəyi barədə yazılıb.
Almaniyanın Baş naziri Angela Merkelin ötən həftə verdiyi bir açıqlamaya diqqəti yönəldən qəzet yazır: “Kimsə Avropada yaxın 50 ilə sülhün olmağına inanmamlıdır. Əgər avro çökərsə, Avropa da çökər.” Merkelin bu sözlərini əsas gətirən “Daily Mail” qəzeti Avropanın fəlakətlərdən qaça bilməyəcəyini qeyd edir.
“Ssenari Avropa Birliyi ölkələrinin “Avronu xilas etmək” planıyla yaxın 20 ay içərisində bir daha müvəffəqiyyətsizliyə uğramasyıla başlayır. 2012-ci ildə Yunanıstan palamenti qəzəblənmiş işğalı ilə nəticələnəcək. Bu böhranı aradan qaldırmaq üçün Fransa və Almaniya Afina rəsmilərinə yardım etmək üçün 5 min sülhməramlı qüvvə göndərəcək. Yay aylarında İtaliyada oxşar hadisələr baş verəcək. İtaliyadan sonra növbə Almaniya, İrlandiya və İngiltərəyə çatacaq.” Bu ssenarini qeyd edən qəzet yazır ki, Avropada iqrçilik artacaq və bu hadisələr Rusiyaya yayılacaq.
İşsizliyin və sosial problemlərin getdikcə artacağına diqqət çəkən qəzet yazır ki, miqrantlara hücumlar atacaq. “Daily Mail” yazır ki, iqtisadi böhranın ən böyük zərbəsini 2014-cü ildə Latviya alacaq. İmperiya dövrünə dönməyin xəyalını quran Rusiya lideri Vladimir Putin Latviyadakı rusları qorumaq adıyla bu ölkəni işğal edəcək. Latviyada yaşanan ağır proseslər Estoniya, Litva, Belarus və Moldovaya keçəcək.
ABŞ-ın II Dünya müharibısindən əvvəl olduğu kimi, özünü izolə etməsiylə tək qalan İngiltərə Avropa Birliyinidən çıxmaq haqqında qərar verdikdən sonra Rusiyadan güc alan Fransa prezidenti Nikolya Sarkozi hərbi qüvvələrini hərəkətə keçirəcək. Qəzetin yazdığına görə, beləliklə Merkelin verdiyi açıqlama özünü doğrultmuş olacaq.