Avropa otelinin işçiləri ayağa qalxdı – “Bizə kömək edin!”

<b>Avropa otelinin işçiləri ayağa qalxdı – <font color=red>“Bizə kömək edin!”</b></font>
Oxunma sayı: 211

Avropa mehmanxanasının işçiləri maaş problemi ilə üzləşiblər. Bununla bağlı otelin bir qrup işçisi “Qafqazinfo”ya müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik: “Sizdən çox xahiş edirik bizlərə kömək edin, düz 1 ildir - yeni rəislər gələndən maaşlarımızı çox gecikdirirlər və hissə – hissə verirlər. Vallah, bilmirik hara müraciət edək. Kim pulunu istəyir ona deyirlər işdən çıxarın. Bizə burada çox ağır əzab verirlər. Hələ də aprel ayının maaşını almamışıq, elə adam var ki, hələ martı da almayıb. Xahiş edirik bizlərə kömək edin. Adımızı bilməsinlər, vallah bizi işsiz qoyarlar. Xahiş edirik bizə elə yardım edin ki, bunlar sonra bizi işdən qovmasınlar. Yəqin bunlar ona görə belə edir ki, bizi qabağa aparan hörmətli prezidentimizdən və bizə gözəl güzəran verən hakimiyyətimizdən üz döndərək. Amma bu 1-2 nəfərə görə biz yenə də ümid bağlayırıq prezidentimizə və onun yanındakılara. Bizə yardım edin! Avropa mehmanxanasında hər gün banketlər keçirilir və müştəriləri də var. Amma bizə çatanda pul yoxdur. Kadrlar şöbəsi, Həsən Nəzərov elə bil ki, bura öz xalqı ilə yox, düşmənləri ilə işləməyə gəlib. Hamını işdən çıxarır, öz tanışlarını gətirir və bilinmir burada baş müdir odur, yoxsa başqası. Sizdən cavab gözləyirik. Bir daha xahiş edirik biz adımızı verə bilmirik, işdən çıxmaq istəmirik. Əgər bizə yardım edə bilməsəniz bizə prezidentə ya da Mehriban xanıma necə müraciət etməyimizi başa salın, zəhmət olmasa”.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi