Avropa Parlamenti Rusiyada yeni seçkilər tələb edir - Vəziyyət ruscadır

avropa-parlamenti-rusiyada-yeni-seckiler-teleb-edir-veziyyet-ruscadir
Oxunma sayı: 652

Rusiya prezidenti Dmitriy Medvedev iki gün davam edəcək Avropa İttifaqı Birliyi-Rusiya zirvə toplantısına qatılmaq üçün Brüsselə gedib.

“Qafqazinfo”nun “Euronews”a istinadən xəbərinə görə, Rusiya prezidenti Dmitriy Medevedev Avropa İttifaqı Şurasının sədri Herman van Rompey və Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə görüşüb.

Qeyd edək ki, Avropa Parlamenti Rusiyadakı son seçkilərlə bağlı qətnamə qəbul edib. Qətnamədə Rusiya hökuməti yeni parlament seçkiləri keçirməyə, bundan əvvəl isə bütün müxalifət partiyalarını qeydə almağa çağırılır.

Avropadan parlament seçkilərinin yeindən keçirilməsi ilə bağlı təzyiqlər artıqca tərəflər atılacaq yeni addımlara fokuslanmaq istəyir.

Rusiyanın Avropa İttifaqındakı nümayəndəsi Vladimir Çizhov açıqlamasında yeni seçkilərin keçirilməsini məqsəduyğun saymadıqlarını deyib: “Çoxdan bu mövzular geridə qaldı. Rusiya və Avropa İttifaqı strateji tərəfdaşlığına təsir edən mövzulardan danışacağıq”.

Vladimir Çizov zirvə toplantısının əsas müzakirə mövzusu yeni çərçivə sazişi və vizaların qaldırılması olacağını bildirib.