Avropada şaxtadan 60 nəfər öldü

avropada-saxtadan-60-nefer-oldu
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Donvurma səbəbindən 850 nəfərin isə həkimə müraciət etdiyi, bunlardan 723 nəfərin xəstəxanalara yerləşdirildiyi xəbər verilir.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təkcə bu ölkədə son günlərdə soyuqdan 43 nəfər ölüb. Ölənlərin əksəriyyətini evsizlər təşkil edir. Ukrayna xilasediciliəri əhali üçün 1700 isinmə məntəqələri açıblar.

Hidrometeoroloqlar Kiyevdə və Ukraynanın başqa yerlərində havanın temperaturunun aşağı olacağını xəbər verirlər. Həftənin cümə günü gecə havanın temperaturu mənfi 24 dərəcəyədək aşağı düşəcək.