Avropanın ən güclülərinin döyüşü başlayır

avropanin-en-guclulerinin-doyusu-baslayir-
Oxunma sayı: 635

Futbol üzrə Avropa Çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, yarımfinala vəsiqə qazanan sonuncu komanda İtaliya yığması olub.

Appeninlilər İngiltərəni penaltilər seriyasında üstələməyi bacarıb.
Beləliklə, Avropa çempionluğu uğrunda 4 komanda mübarizəyə davam edir. Yarımfinal mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcək:

27 iyun 23:45 Portuqaliya – İspaniya (Ukrayna, Donetsk, “Donbass Arena”)
28 iyun 23:45 Almaniya – İtaliya (Polşa, Varşava, Milli Stadion)

Final görüşü isə iyulun 1-də baş tutacaq.

Ceyhun Əhmədov