Avtobuslar toqquşdu, 20 nəfər öldü

avtobuslar-toqqusdu-20-nefer-oldu
Oxunma sayı: 652

Hindistanda iki avtobusun toqquşması nəticəsində meydana gələn tol nəqliyyat qəzasında 20 nəfər ölüb. “The Press Trust of India” agentliyinin yaydığı məlumata görə, hadisə Uttar Pradeş əyalətinin paytaxtı Lakhnaunun 270 km şərqində meydana gəlib. Məlumata görə, 2 avtobus toqquşduqdan sonra yolun kənarındakı dərəyə yuvarlanıb. Hadisə nəticəsində 15 nəfəri qəza yerində olmaqla 20 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

anspress