Avtomobil buzlu yolda aşdı

<b>Avtomobil buzlu yolda aşdı</b>
Oxunma sayı: 170

Rayonun Heydər Əliyev prospektində qeydə alınan qəza zamanı bir minik maşını aşıb. Hadisə “Lexus” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən Heydər Əliyev prospektinə dönmək istəyərkən meydana gəlib. Nəticədə avtomobil sürüşüb və prospektdə 1-ci və 2-ci dərəcəli yolları bir-birindən ayıran daş hasara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Maşının çırpıldığı daş hasar da zərbədən uçub və qırıntıları 1-ci dərəcəli yola dağılıb. Yola dağılmış daş qırıntıları Heydər Əliyev prospekti ilə hərəkətdə olan avtomobillərin hərəkəti üçün maneə yaradıb.

Yol qəzasının baş verdiyi ünvana Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub və hadisə yerində müayinələr aparılıb. Sürücü ifadəsinin alınması və sərxoşluq müayinəsindən keçməsi üçün müvafiq polis orqanına dəvət olunub.

Sürücü ilkin ifadəsində qəzanın yolların buzlu olması səbəbindən baş verdiyini desə də, hadisəni araşdıran polis əməkdaşları avtomobilin qarlı hava şəraiti üçün nəzərdə tutulmuş normadan yüksək sürətlə idarə edildiyini də istisna etmir. Faktla bağlı araşdırmalar aparılır.

anspress


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi