“Avtomobillərdən imkan daxilində az istifadə edin”- Müraciət

avtomobillerden-imkan-daxilinde-az-istifade-edin-muraciet-
Oxunma sayı: 652

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Anspress-ə açıqlamasında bildirib ki, yolların buzlu, avtomobillərin hərəkətinin çətinliyini nəzərə alaraq vətəndaşlar imkan daxilində fərdi avtomobillərdən az istifadə etmək məsləhət görülür.

“Ötən gün yağışdan sonra şaxta ölkə ərazisindəki bir çox yolları keçilməz edib, yollar tamamilə buz bağlayıb. Bu gün səhərdən çovğun vəziyyəti daha da çətinləşdirib. Hava şəraitinin pis olması ilə əlaqədar yol polisi də gücləndirilmiş iş rejiminə keçib. Təcrübəsi yetərincə olmayan sürücülər ictimai nəqliyyatdan istifadə etsələr daha yaxşıdır. Amma yoların sürüşkən olması peşəkar sürücüləri də qəzalardan sığortalamır. Çalışmaq lazımdır ki, hər iki oxu aparıcı olan “Niva”, “Cip” və bu tipli avtomobillərlə yola çıxsınlar, yaxud maşınların qış şinlərindən istifadə etsinlər. Avtomobillərin təkərlərinə zəncir vursunlar. Ümumiyyətlə lüzum olmazsa, fərdi avtomobillərdən az istifadə etsinlər”.

Yol polisi rəsmisinin sözlərinə görə, ölkənin bəzi yollarında avtomobillərin hərəkəti olduqca çətindir. Bakı-Quba-Rusiya magistralında, Bakı-Şamaxı istiqamətində yolların əksər hissələrində buz bağlayıb. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində buzlaşma var. Ağsu-İsmayıllı yollarında da hərəkət çətinləşib. Bundan başqa, çovğun yol və magistrallarda görüntünü məhdudlaşdırdığından sürücülər son dərəcə diqqətli olmalı, sürət həddini mümkün dərəcədə aşağı salmalıdılar. “Onu da əlavə etmək istəyirəm ki, artıq yanvarın 27-dən yol polisi gücləndirilmiş iş rejimində çalışır”.