Avtoritar düşüncə beyin xərçəngidir!

avtoritar-dusunce-beyin-xercengidir-
Oxunma sayı: 660

Müasir dünya siyasi tarixinə “Ərəb-baharı” kimi düşən siyasi termin əslində qərbin 2005-ci ildə tətbiq etdiyi avtoritar cəmiyyətlərdə tədrici demokratikləşmə ideologiyası olan” narıncı inqilablar”ın davamıdır. Lakin qərbin “narıncı inqilab” ideyası postsovet məkanında iflasa uğradığı üçün yeni fundamental demokratikləşmə ideologiyası tətbiq etməsinin səbəbi də “narıncı inqilablar”dan sonra da müxtəlif səbəblərdən demokratik düşüncə və azad fikrin inkişafına imkan verilməməsi qərbin daha da radikal addımlar atmasına, fəaliyyətdə olan reyimlərin və avtoritar düşüncənin tam sıradan çıxarmasına sövq etdi. Dünyada başlayan avtoritar rejimlərin çökməsi prosesi təbii ki, Azərbaycandan da yan keçməyəcək.

Bu gün Rusiya dövlətində baş verən proseslər bir daha sübut etdi ki, dövlətin gücü təkcə, nə onun hərbi sənayesinin nəhəngliyində, nə də ki, nüvə silahına sahib olmasındadır. Dünyada gedən demokratikləşmə prosesi onu göstərir ki, dövlətin gücü həm də onun demokratik təsisatlara necə sahib olmasındadır. Rusiya avtoritar rejimi yürütdüyü siyasət nəticəsində, özünün bir “oblastları” boyda olan Avropanın kiçik dövlətlərinin qınaq obyektinə çevrilib.

Nədən və niyə : Dünyanın avtoritar rejimlərində demokratik cəmiyyət quran və bütün dünyada demokratiya, insan hüquqlarını qarşısına priroritet məsələ kimi qoyan ABŞ hansısa kiçik bir dövlətə səfir təyin etmək məsələsində ümumi razılığa gələ bilmir və bunu demokratiyanın təzahürü hesab edir. ABŞ dünyada gedən demokratikləşmə prosesində avtoritar rejimlərə öz gücünün, məhz nümunəvi demokratik cəmiyyətə sahib olmasında olduğunu bir daha sübut edir və bununla da Rusiya kimi böyük bir imperiyaya demokratik təsisatlara sahib olmamasından istifadə edib, özünün beynəlxalq siyasətində, dövlət maraqlarının təmin olunmasında yetərincə bir vasitə kimi istifadə edir. Bununla da ABŞ, avtoritar rejimlərin öz mövcudluqlarını qorumaq üçün xalqlarının milli maraqlarını istənilən anda tapdalamaga hazır olduqlarını bütün dünyaya nümayiş etdirir və bütün dünya xalqlarını öz hüquqları uğrunda gedən demokratikləşmə mübarizəsinə qoşulmasına dəstək verir. Rusiyada başlanan demokratiya uğrunda proses də heç şübhəsis ki, postsovet məkanında avtoritar rejimlərin sonlarının başlanmasıdır.

Demokratiya ilə avtoritarizimin fərqləri:

Demokratiya: Xalqlara, xalq pisxologiyasının hakim olduğu cəmiyyəti aşılayır. Hakimiyyətin xalqla hesablaşması, dövlətin vətəndaşı ilə əməkdaşlığı, söz azadlıgı,azad seçim hüquqlarını qorumaq, korrupsiyasız hakimiyyət və tolerant cəmiyyət deməkdir. DEMOKRATİYA - xalqlara azad-firavan gələcək vəd edir.

Avtoritarizm: Xalqlara, kütlə pisxologiyasıının hakim olduğu cəmiyyəti aşılayır. Hakimiyyətin cinayətkarlaşmasına, dövlətlə vətəndaş arasında əlaqəsizlik, insanların fikirlərinə görə təqib edilməsi və bir sözlə - xalqına qənim kəsilmiş sağalmaz XƏRÇƏNG xəstəliyidir.

Fikrət Cəfərov
KXCP sədr müavini