“Avtoş”lar haqqında yeni açıqlama verildi

avtoslar-haqqinda-yeni-aciqlama-verildi-
Oxunma sayı: 1284

Vaqif Əsədov bu ilin yanvarından iyulun 30-a qədər Bakı şəhəri üzrə 19 avtoxuliqanlıq faktının qeydə alındığını, bunlardan 11-nin ölümlə, 14-nün isə müxtəlif dərəcəli xəsarətlə nəticələndiyini diqqətə çatdırıb. Maddi zərərlə müşayiət olunan 21 yol-nəqliyyat hadisələrində 16 avtoxuliqanlıq edən sürücü hadisə yerindən yayınmağa müvəffəq olsalar da, keçirilən axtarış tədbirləri nəticəsində aşkar edilərək sənədləşdirilib və aidiyyatı üzrə məhkəməyə göndərilib.

Açıq-aşkar təhlükəli manevrlər etməklə real təhlükə vəziyyəti yaratdıqlarına görə 214 avtoxuliqanlıq edən sürücü saxlanılıb. Sürücülərin 39-u il ərzində təkrarən avtoxuliqanlığa görə məhkəməyə göndərilib. V. Əsədov avtoxuliqanların əsasən 20-30 yaş arasında olduğunu və paytaxtın 5 mərtəbə, 3-cü mikrorayon dairələrində, Zərifə Əliyeva və Hüseyn Cavid adına parkın ətrafında , Babək, Tbilisi, Nobel prospektləri, Rəşid Behbudov, Bakıxanov küçələri, Biləcəri şosesi və s. ərazilərində saxlanıldıqlarını qeyd edib.

BŞDYPİ rəisi Nuşirəvan Səfərov ictimai qınağın və cəmiyyətin dəstəyi sayəsində avtoxuliqanlarla mübarizənin daha effektiv olacağına vurğulayıb.

Tədbirin sonunda müsabiqənin qalibləri elan edilib və onlar hərəyə 100, 200, 300 AZN pul mükafatı və digər hədiyyələrə mükafatlandırılıblar.

Səidə