Baxçalı Ərdoğanla ittifaqa son qoydu - “Hər kəs öz yoluna”

baxcali-erdoganla-ittifaqa-son-qoydu
Oxunma sayı: 2622

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) və hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasındakı ittifaq dağılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında bəyan edib. O, ittifaqdan artıq heç nə gözləmədiklərini bildirib: 

“Öz yolumuzla gedəcəyik. Artıq heç bir ittifaq axtarışında deyilik. 2019-cu ilin martında keçiriləcək yerli seçkilərə öz emblemlərimiz və namizədlərimizlə qatılacağıq”. 

İttifaqın pozulmasına ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Prezidentin sözlərinə görə, AKP və MHP iki ayrı partiyadır və öz yolları var: 

“Fərqli düşündüyümüz məsələlərdə öz yolumuza davam edirik. “Cumhur İttifaqı”na önəm verdiyimizə görə fərqlilikləri konstruktiv bir dillə ifadə etməyə çalışmışıq. Kiməsə şəxsi olaraq hörmətsizlik etməyi ağlımıza da gətirmirik. Bizi siyasət tərzimizdə belə üsluba yer yoxdur. 

Millətimizin əmanəti olan “Cumhur İttifaqı”nı günlük siyasətin üzərində tutmaq istədik. Gördük ki, MHP fərqli seçim etdi. Madam ki, yerli seçilərdə “Biz yolumuza” deyirlər, o zaman biz də “Hər kəs öz yoluna getsin” deyirik. 

***

Daha sonra hər iki lider yaranan anlaşılmazlıqlara son qoymaq üçün "Cumhur İttifaqı"nın davam edəcəyini, lakin yerli seçkilərdə ittifaqın olmayacağını açıqlayıb. 

 Aysel Kərimova