Baxçalıdan Murad Boza zəng - “Üzrlü hesab edin…”

baxcalidan-murad-boza-zeng
Oxunma sayı: 4076

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyənin pop ulduzu Murad Boza zəng vurub. 

“Qafqazinfo” xəbər verir ki, müxalifət lideri Osmaniyədə konsert verən müğənni və onun həmkarı Hadisəyə təşəkkürünü bildirib.

Baxçalı konsertin sonuna kimi qala bilmədiyini deyib, bu səbəbdən Bozdan üzr istəyib:

“Hadisə xanıma salamlarımı çatdırın. Gecəyə rəng qatdığınız üçün təşəkkür edirəm. Konserti axıra kimi izləmədiyim üçün kədərləndim, üzrlü hesab edin”.