BAXCP Ali Məclisinin sessiyası çağırıldı

baxcp-ali-meclisinin-sessiyasi-cagirildi
Oxunma sayı: 641

İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya veilən məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan məsələlərdən biri 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı olub. Qərara alınıb ki, bu məqsədlə martın 31-də, saat 12:00-da BAXCP-nin mərkəzi mənzil-qərargahında konfrans keçirilsin.

Konfransda məruzə ilə BAXCP Ali Məclisinin sədri, azərbaycanlılara qarşı həyata keçirilən soyqırım faktları ilə bağlı bir neçə kitabın və elmi işin müəllifi, fəlsəfə doktoru Vaqif Abışov çıxış edəcək.

İdarə Heyətinin növbəti qərarı partiya Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı olub. Qərara əsasən, BAXCP Ali Məclisinin növbəti sessiyası aprelin 14-də, saat 11:00-da, partiyanın mərkəzi mənzil-qərargahında öz işinə başlayacaq.