BAXCP Ərdoğanın səfərini yüksək qiymətləndirir

baxcp-erdoganin-seferini-yuksek-qiymetlendirir
Oxunma sayı: 645

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "BAXCP qardaş Türkiyənin Baş nazirinin Azərbaycana səfərini yüksək dəyərləndirir və bu səfərin ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacağına ümid bəsləyir. BAXCP hesab edir ki, Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində bir çox mühüm strateji məsələlərlə yanaşı Türkiyə ilə Ermənistan arasındakı iqtisadi əlaqələr də ciddi müzakirə olunmalıdır. Partiya hesab edir ki, Türkiyənin Ermənistanla sərhədləri açmamasının məntiqi izahı və davamı kimi təcavüzkar ölkə ilə olan bütün iqtisadi əlaqələr kəsilməli və Türkiyə ilə olan viza problemi həll olunmalıdır".