BAXCP İdarə Heyətinin iclası keçirib

baxcp-idare-heyetinin-iclasi-kecirib
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Urmiya gölünün qurudulmasına qarşı Güney Azərbaycanda başlayan etiraz aksiyalarıyla bağlı olub. BAXCP İdarə Heyəti dinc nümayişçilərə qarşı amansız davranışları pisləyib: “BAXCP İdarə Heyəti İran adlanan dövlətin sərhədləri çərçivəsində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türklərinin haqlı mübarizəsini dəstəkləyir və dünya ictimaiyyətini İranın sayı 35 milyondan çox olan türk toplumunun öz hüquqları və Urmu gölünün qurudulması nəticəsində ortaya çıxa biləcək ekoloji fəlakətin qarşısının alınması uğrunda mücadiləsinə diqqətlə yanaşmağa çağırır”.