AXCP-nin qarşısı alındı

axcp-nin-qarsisi-alindi
Oxunma sayı: 659

Bu barədə “Qafqazinfo”ya AXCP-nin sədr müavini Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, AXC-nin yaranmasının 22 illiyi ilə bağlı paytaxtda geniş tədbir keçirmək niyyətində olublar. Bunun üçün həm Bakı Şəhər İcra hakimiyyətindən, həm Nizami rayon İcra Hakimiyyətindən, həm də tədbirin keçiriləcəyi Təbriz kinoteatrının rəhbərliyindən razılıq alınıb. Lakin tədbirə bir gün qalmış – bu gün partiyanın tədbir keçirməsinin qarşısı alınıb. G. Bayramlı bildirib ki, kinoteatr rəhbərliyi onlara mane olub: “Biz bu gün zalı tədbir üçün hazır hala salmaq üçün Təbriz kinoteatrına getdik. Lakin, Tofiq adlı şəxs bizi zala buraxmadı. Əsas gətirdi ki, kinoteatrın rəhbərliyi buna icazə vermir.”

Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, tədbirin sabah keçirilməsi nəzərdə tutulmuşdu.

Fatimə Kərimli