AXCP sədrinin müavini məhəbbətdən və sevgidən danışdı

<b>AXCP sədrinin müavini məhəbbətdən və sevgidən danışdı</b>
Oxunma sayı: 130

Məsələyə, AXCP sədrinin müavini Razi Nurullayev münasibət bildirərkən deyib ki, Əli Həsənovun hansı gözləntiləri nəzərdə tutduğunu, əlbəttə, deyə bilmərəm, amma bizim bir qardaş xalq kimi gözləntilərimiz çoxdur.
Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində daha yaxından iştirak etməsini və buna kəndi sorunu kimi yanaşmasını istəyirik. Qardaş ölkədə qalib olmaq istəyən partiyaların tək Türkiyə ərazisində yaşayan Türklərin deyil, Azərbaycan Türklərinin maraqları və sorunları ilə bağlı da öhdəlik götürmələrini, bununla bağlı planlarını açıqlamalırını arzulayırıq. Bu seçki təkcə Türkiyə Türklərini ilgiləndirən bir marafon deyil, bu həm də bizim maraqlarımıza toxuna biləcək seçkilərdir. Çünki, Azərbaycan xalqına qardaş Türkiyədən yaxın bir millət yoxdur. Arzu edirəm ki, bu seçkilərdə iştirak edən partiyalar 1 milyona yaxın Azərbaycan köçkünlərinə sanki Türkiyədə 1 milyon köçkün olduğu kimi və Türkiyənin 20% torpaqlarının işğalı kimi yanaşsın.
Məhəbbətin qarşılıqlı olmasının da fərqindəyik. Bir tərəflə sevgi olmaz. Indi belə görünür ki, Türkiyə bizi sevir, amma qarşılıq ala bilmir. İstərdim ki, Azərbaycan hökuməti də Türkiyə ilə viza rejimini aradan qaldırsın.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi