Baxtadze hara gedir?

baxtadze-hara-gedir
Oxunma sayı: 1786

Gürcüstanın Baş Naziri postundan istefa verən Mamuka Baxtadze artıq aktiv siyasətlə məşğul olmaq istəmədiyini açıqlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə o, feysbuk hesabında məlumat yayıb.

Missiyasını yerinə yetirdiyini söyləyən Baxtadze hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından getməyəcəyini bəyan edib:

“Mən siyasi partiyamızın siyasi şurasının üzvü olacam. Mənim şəxsi fikrim və daxili münasibətimlə maraqlanırsınızsa, onda mənim daxili əhval-ruhiyyəm həqiqətən aktiv siyasətlə məşğul olmağa uyğun deyil.

Əlbəttə, eyni zamanda, xüsusilə hörmət etdiyim komandanın da öz fikri var. Əsas olanı qeyd etmək istəyirəm - dövlət siyasətinə həyata keçirilmiş müəyyən bir məqsəd və hədəflə gəlmişəm”.

Mamuka Baxtadze Təhsil və elm naziri olacağı yönündə yayılmış məlumatları təkzib edib.

Qeyd edək ki, M. Baxtadze 2018-ci ilin iyulundan hökumətə rəhbərlik edib.

Gürcüstan KİV-i Daxili işlər naziri Georgi Qaxariya və Regional inkişaf və infrastruktura naziri Mayya Çkitişvilinin yeni Baş Nazir ola biləcəyini yazırlar.