Ay tutulacaq

ay-tutulacaq
Oxunma sayı: 673



Gün.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası yanında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev məlumat verib.

Direktor bildirib ki, az-az baş verən təbiət hadisəsi dekabrın 10-u saat 18:31-də baş verəcək və bunu Azərbaycanda da izləmək mümkün olacaq.

E.Quliyev həmçinin qeyd edib ki, bu ilin sonunadək Günəş tutulması da gözlənilir.

“Noyabrın 25-də Bakı vaxtilə saat 09:21-də qismən Günəş tutulması baş verəcək. Bunu Azərbaycandan müşahidə etmək mümkün olmayacaq. O, CAR, Yeni Zelandiya, Tasmaniya, Antarktidadan görünəcək”.