Ayaz Mütəllibovun nəvəsi iki nəfəri öldürdü, bir nəfəri ağır yaraladı - Şok

ayaz-mutellibovun-nevesi-iki-neferi-oldurdu-bir-neferi-agir-yaraladi-sok-
Oxunma sayı: 713

Bu gün “Lexus” markalı avtomobillə üç nəfəri öldürən xanım haqqında xəbər yaymışdıq. Artıq indilərdə məlumat əldə etmişik ki, hadisəni törədən Azərbaycanın sabiq prezidenti, bu günlərdə oğlunun dünyasını dəyişməsi ilə bağlı ölkəyə gələn Ayaz Mütəllibovun nəvəsidir.

Araz Əlizadə faktı təsdiq edib. O, Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, Mədinə Mütəllibovanın yol qəzasında heç bir günahı yoxdur. Çünki mərhum piyadalar qadağan olunmuş ərazidən avtomobil yoluna daxil olublar.

M.Mütəllibova həbs edilməyib.


Qeyd edək ki, Bakının Suraxanı rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 13 radələrində qadın sürücüyə məxsus “Lexus” ata, ana və onların 3-4 yaşında olan oğlunu vurub. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasında çatdırılsa da, ana və azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Dəhşətli yol qəzası Aeroport yolunda baş verib.

Hadisə yerindən qaçan sürücü artıq saxlanılıb.