Aydınlar Partiyası mübahisələrə qatılmaq fikrində deyil

aydinlar-partiyasi-mubahiselere-qatilmaq-fikrinde-deyil
Oxunma sayı: 642

Eyni zamanda rayon təşkilatlarının partiyanın mərkəzi strukturlarının nümaynədələri ilə müzakirələrini də aparırıq”.

Bunu Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində deyib. Onun sözlərinə görə, təmsil etdiyi partiya təşkilatlanmağa ciddi fikir verməklə yanaşı, ölkə siyasətindəki proseslərdən də kənarda qalmaq niyyətində deyil.

Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevlə bağlı Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Vətəndaş Forumu Hərəkatının lideri Qurban Məmmədov arasındakı mübahisələrə gəldikdə isə, Aydınlar Partiyası bu mübahisələrə qatılmayıb, qatılmaq fikrində də deyil.

“Onların ikisi siyasi partiya lideri, biri isə tanınmış vəkil, müxalifət düşərgəsində nüfuzu olan şəxsdir. Rəsul Quliyevlə bağlı mübahisə və müzakirələr də onların işidir. Bu problemə qarışmırıq, qarışmaq haqqımız da yoxdur. Hər halda onlar münasibətlərini özləri aydınlaşdıra bilərlər”, - Q.İbrahimli deyib.