Aygün Kazımova qardaşının həbsindən danışdı

aygun-kazimova-qardasinin-hebsinden-danisdi
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, Türkiyədən yeni qayıdan Aygün Kazımova Milli.Az-a eksklüziv açıqlamasında bunları deyib: "Xəbəri mən də saytlardan oxudum. Və az əvvəl yuxudan oyandığım üçün baş verən hadisənin təfərrüatları barəsində məlumatsızam. Açıqlamaya gəldikdə isə bir şey demək istəyirəm: mənim hansısa işim olanda, məgər, buna qardaşım qarışır? Biznesmen adamdır və başına iş gəlib. Əlbəttə ki, gün ərzində məsələ ilə maraqlanacağam. Yazılan xəbərlər də ki sensasiyalı başlıqla dərc olunur: "Aygün Kazımovanın qardaşı həbs olundu". İndi o, mənim qardaşım olmasaydı, bu söhbət bu dərəcədə şişməyəcəkdi axı".

"Milli.Az vasitəsi ilə bir daha bəyan edirəm ki, biz bir-birimizin işinə qarışmırıq. Əgər uşaq olsaydı, başqa məsələ. Qardaşım yetkin insandır, onun ailəsi, öz işi, mənim həyatım ayrı. Heç vaxt bir-birimizə hesabat vermirik. Amma dediyim kimi, maraqlanacağam. Və yəqin ki, açıqlamam olacaq. Bəzi jurnalistlərdən bir təvəqqem var ki, reytinq naminə özlərindən "araşdırma" uydurmasınlar", - xalq artisti fikirlərini belə tamamladı.