Aygün Kazımovanı bəyəndilər - Fotosessiya

aygun-kazimovani-beyendiler-fotosessiya-
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, bu barədə modelyer özü xəbər verib. Hazırda Türkiyənin gənc müğənnisi Kendi ile çalışan Ramazzo İstanbulda üçüncü dəfə keçirilən Fashion Week 2011-də iştirak edib. Üç gün ərzində Kendiyə 10 geyim hazırlayan modelyer türk mətbuatının marağına səbəb olub. Bu yaxınlarda Bakıda konsert verməyə hazırlaşan Kendi Ramazzonun geyimləri ilə hamının diqqətini çəki. Hətta Tarkanın Harbiye Açıq Hava Teatrında keçirilən konsertinə dəvətli olan Kendi ve Ramazzo konserti pratakoldan izləyib. Tarkan konsert boyu dəfələrlə Kendiyə diqqət yetirib.

Bununla yanaşı bu yaxınlarda Kral TV-də yayımlanacaq Aygün Kazımovanın "Düşün məni" klipində müğənni Ramazzodan bir geyim də geyinib. Modelyer Xalq artistinin yeni imicindən çox məmnun qalıb və onun İstanbula etdiyi son səfəri zamanı fərqli göründüyünü vurğulayıb.

Nigar Məmmədli