Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

bayildaki-surusme-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 4204

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sürüşmə nəticəsində 100-ə yaxın evə təhlükəli vəziyyətə düşüb, 4 ev tamamilə uçub. Sakinlər ərazidən köçürülüb.

Murad Əhməd