Baykal qayıdır

baykal-qayidir
Oxunma sayı: 664

Parlament seçkilərindən sonra qurultay müzakirələrinin ortaya atılması Türkiyənın ana müxalifət partiyası CHP-də kritik günlərin yaşanmasına yol açıb. Partiyanın keçmiş sədri Dəniz Baykal və təşkilatın baş katibi olmuş Öndər Sav nümayəndələri vasitəsilə bir-birilə əlaqə saxlayırlar. Baykal və Sava yaxın mənbələr bildirib ki, bu iki siyasi xadimin tərəfdarları CHP-də qurultay keçirilməsi üçün imzatoplama kampaniyasına hazırlaşırlar.
Türkiyədə iyunun 12-də keçirilən seçkilərin nəticələrinə görə, ana müxalifət statusunu qoruyan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluna qarşı təşkilat daxilində hücumlar artıb. 12 iyun seçkilərinin nəticələrini uğurlu adlandıran Kılıcdaroğlunun açıqlamaları ona qarşı cəbhəni genişləndirib. Partiyanın keçmiş sədri Dəniz Baykal 12 iyun seçkilərinin nəticələrindən narazı olduğunu bildirib. Bundan sonra CHP-də Baykala meylli qruplar keçmiş liderin yenidən siyasətə qayıdaraq təşkilata rəhbərlik etməsinə yönəlik kampaniyaya başlayıblar.