Aynişan birinci olacaq

aynisan-birinci-olacaq
Oxunma sayı: 682

Bu da ölkə adlarını alifba sıralamasına görə baş verəcək. Bu barədə “Qafqazinfo”ya Aynişanın anası müğənni Aybəniz Haşımova məlumat verib. O bildirib ki, Minskdə iki gün yarım məşq etdikdən sonra bu gün festifalın keçiriləcəyi Vitersk şəhərinə yola düşüblər: “Məşqlər buradakı estrda və simfonik orkestri ilə keçirildi. Orkestrin driyoru Aynişanın ifasını çox bəyəndi. Bizi Minskə gəldiyimiz gündən Azərbaycanın Belarusdakı səfirliyi müşayiət edir. Bütün təşkilati məsələləri onlar öz üzərinə götürüblər”.

A.Haşımova onu da bildirdi ki, festivaldın anonslarında Aynişanın görüntüləri birinci əks olunur. Burada Aynişana çox böyük maraq var. Burada yaşayan bütün Azərbaycanlılar festivala bilet alıblar. Hər şey qaydasında getsə inanırıq ki, yaxşı nəticə əldə edəcəyik.

Qeyd edək ki, “Slavyan Bazarı” festivalının yarımfinalları iyulun 10-u və 11-də, finalı isə 12-də keçiriləcək. Sabahkı çıxışlardan sonra ölkələrin təmsilçilərinin finalda hansı nömrə ilə çıxış edəcəkləri bəlli olacaq.

Nigar Məmmədli