“Bayrağımızı Şuşada dalğalandıracaqsız”- - Zakir Həsənov

bayragimizi-susada-dalgalandiracaqsiz-
Oxunma sayı: 1908


“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən həmin təbrik müraciətini təqdim edir:

“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.

Ötən əsrin 80-ci illərinin sonlarından geniş vüsət alan xalq azadlıq hərəkatı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərə təsadüf edir. Ümummilli liderin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra xalqımızın milli dirçəlişi və mənəvi dəyərlərinin yüksək tutulması, adət və ənənələrimizin qorunub saxlanılması reallığa çevrilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda iqtisadiyyatın fasiləsiz inkişafı təmin edilmiş, vətəndaşların maddi rifahı yaxşılaşdırılmış, dövlətçiliyimiz möhkəmləndirilmiş, ölkəmiz dünyada söz və nüfuz sahibi kimi tanınaraq müdafiə qüdrətini daha da artırmışdır. 

İnanıram ki, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız.

Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.