Bayram günlərində işığınız kəsilməyəcək

bayram-gunlerinde-isiginiz-kesilmeyecek
Oxunma sayı: 647

Bayram  günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınması məqsədilə  "Azərişıq" ASC Ramazan bayramı günlərində Cəmiyyətin  Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, "199 saylı çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək."

Ramazan bayramı münasibətilə bütün istehlakçılarımızı  təbrik edib, oruc və dualarının qəbul olunmasını diləyirik